Yayda 500 mindən çox turist azad olunmuş ərazilərə səfər edib
Artıq bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir.Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onların 20-si Xankəndi şəhərində yerləşir. Dövlətin turizm sektoruna göstərdiyi dəstək nəticəsində bu sahədə yeni obyektlərin sayı gündən-günə artır.
Son aylar bölgəyə həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.Turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb. "Yolumuz Qarabağa" və "e-Polis" portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər.
Qeyd edək ki, tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri ilə panel müzakirəsi təşkil olunub, turizm sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı və bu istiqamətdə dövlət dəstəyi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə regionun turizm sənayesini təmsil edən şirkət və təşkilatların nümayəndələri fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər, gələcək planlar və təkliflər barədə təqdimatlar ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


