Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

   Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
  25 Oktyabr 2025    Oxunub:769
Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.
AzVision.az xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti baş tutacaq. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək.

Konsertin sonunda atəşfəşanlıq olacaq. Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

AzVision.az



Teqlər:



Xəbər lenti