Bakının bəzi hissələrində tut ağaclarını qurd basıb
Qeyd edilib ki, bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
"Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir. Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir", - deyə məlumatda vurğulanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


