Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
  25 Oktyabr 2025    Oxunub:1047
Milli Hidrometeorologiya Xidməti ölkədə hava şəraiti ilə bağlı əhaliyə sarı xəbərdarlıq ünvanlayıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, oktyabrın 26-sı axşam saatlarından 27-si səhərədək Bakıda və Abşeron yarımadasında, 26-sı gün ərzində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.

Bakıda və Abşeron yarımadasında, Şərur, Neftçala, Hacıqabul, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az


Teqlər: hava   xəbərdarlıq  



Xəbər lenti