Deputat Malayziyaya gedir

Deputat Malayziyaya gedir
  29 Oktyabr 2025    Oxunub:878
Milli Məclisin deputatı Pərvanə Vəliyeva oktyabrın 30-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcək.
AzVision.az xəbər verir ki, deputat Malayziya Parlamenti, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA) və Şərqi Asiya üzrə İqtisadi Araşdırmalar İnstitutunun birgə təşkil etdiyi ikinci üçtərəfli forumda iştirak edəcək.

Forum çərçivəsində “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi: Geosiyasi gərginliklər dövründə asılılığın azaldırlması”,“İqlim kəsişməsi: Sıfır emissiya istiqamətində addımların sürətləndirilməsi” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər noyabrın 5-də başa çatacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti