Belarusun Baş nazirinin müavini Füzulidə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb, Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumat verilib. Qeyd edilib ki, Füzuli şəhərində hazırda mərkəzi xəstəxana və Peşə Təhsil Kompleksi tikilir. Dövlətyarlı kəndinin tikintisi isə sürətlə davam edir. Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək. Yaxın vaxtlarda şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə isə yeni başlanılıb və 2026-cı ilin sonuna kimi tamamlanacaq.
Sonra nümayəndə heyəti Ağdam rayonuna yollanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


