Səyyar ASAN xidmət 7 rayonda olacaq

   Səyyar ASAN xidmət 7 rayonda olacaq
  03 Noyabr 2025    Oxunub:783
Səyyar ASAN xidmət noyabrın 3-27-də regionlarda fəaliyyət göstərəcək.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə Şirvanda, Samuxda, Şabranda, Astarada, Ağdamda, Ucarda, Qaxda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti