Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilir
Qeyd olunub ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Eyni zamanda festival Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, festivalda dini icmaların kitabları, geyimləri, adət-ənənələri və s. əlaqədar nümunələr nümayiş etdiriləcək:
"Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği həyata keçiriləcək. Festival Dini Komitənin "Konstitusiya və Suverenlik İli"nə həsr olunan silsilə tədbirlərindən biridir".
Festival çərçivəsində dini icmaların fəaliyyətini əks etdirən sərgilər, ədəbiyyat nümunələri və əl işləri, eləcə də musiqi və rəqs proqramları təqdim olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


