Bu il dövlət qurumlarına qarşı 700-dən çox APT kiberhücumunun qarşısı alınıb

   Bu il dövlət qurumlarına qarşı 700-dən çox APT kiberhücumunun qarşısı alınıb
  05 Noyabr 2025    Oxunub:723
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət qurumlarına qarşı 700-dən çox APT kiberhücumunun qarşısı alınıb.
AzVision.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, analiz nəticəsində 702 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış, xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısını alıb.

Bu kibertəhdidlərin 247-si daxili araşdırma, 455-i isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti