Azərbaycanda tibb məntəqələrinin 43 faizi yararsızdır

 Azərbaycanda tibb məntəqələrinin 43 faizi yararsızdır
  06 Noyabr 2025    Oxunub:739
Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, səhiyyə sahəsində kadr çatışmazlığı mövcuddur:

"Bilirsiniz ki, Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihəyə start verilib. Bu istiqamətdə səy göstəririk. Gələn ilin martında görülən işlərlə əlaqədar məlumat veriləcək".

AzVision.az


Teqlər:



Xəbər lenti