Bu gün Bakıda hərbi parad keçiriləcək

      Bu gün Bakıda hərbi parad keçiriləcək
  08 Noyabr 2025    Oxunub:1393
Bu gün Bakıda Qələbə Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi parad olacaq.
AzVision.az xəbər verir ki, yerli vaxtla saat 13:00-da başlayacaq parad Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən keçirilir.

Paradda Silahlı Qüvvələrin bütün bölmələri, o cümlədən Əlahiddə Ümumqoşun Ordusu, Dövlət Təhlükəsizliyi Xidməti, Sərhəd Xidməti, Daxili Qoşunlar, eləcə də Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər.

Paradı izləyənlərə müasir hərbi texnikanın, ən son silahların və Azərbaycan ordusunda xidmət edən təyyarələrin nümayişi təqdim olunacaq.


Pakistanın İnformasiya və Teleradio Yayımı naziri Attaullah Tarar Pakistan Hərbi Hava Qüvvələrinin “JF-17 Thunder” qırıcılarının və pakistanlı hərbçilərin də paradda iştirak edəcəyini bildirib.

Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana yola düşdüyü açıqlanıb. Türkiyə liderinin Azərbaycan prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüşləri nəzərdə tutulub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zəfər   Bakı   parad  



Xəbər lenti