Şuşada növbəti yaşayış kompleksi tikiləcək

Şuşada növbəti yaşayış kompleksi tikiləcək
  08 Noyabr 2025    Oxunub:1126
Şuşa şəhərində intensiv tikinti işləri çərçivəsində üçüncü yaşayış kompleksinin inşası yaxın aylarda başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlində binalar mərhələli şəkildə şuşalıların istifadəsinə veriləcək:

"Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Şəhərin mərkəzi Qarabağ küçəsində tikilən binaların daxilində tamamlama işləri aparılır. Bu, şəhərdə mehmanxana xidmətinin daha yaxşılaşmasına imkan verəcək".

AzVision.az


Teqlər: Şuşa  



Xəbər lenti