Ərdoğanla birlikdə Şahbaz Şərifin də Azərbaycana səfəri başa çatıb

   Ərdoğanla birlikdə Şahbaz Şərifin də Azərbaycana səfəri başa çatıb
  08 Noyabr 2025    Oxunub:1106
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri noyabrın 8-də başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qonaqları Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər yola saldılar.

AzVision.az



Teqlər:



Xəbər lenti