Sumqayıtı Bakı ilə əlaqələndirəcək yeni marşrut açılır
Marşrut üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək işləyəcək.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN olacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


