Bakı-Ağstafa istiqamətində əlavə reyslər təyin olunub

Bakı-Ağstafa istiqamətində əlavə reyslər təyin olunub
  13 Noyabr 2025    Oxunub:903
Azərbaycan Dəmir Yolları artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
ADY-dən AzVision.az -a verilən məlumata
əsasən, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

AzVision.az


Teqlər: ADY  



Xəbər lenti