Cavad Heyət dəfn olundu

Cavad Heyət dəfn olundu
  15 Avqust 2014    Oxunub:1913
Görkəmli azərbaycanlı cərrah, professor Cavad Heyət II Fəxri Xiyabanda torpağa tapşırılıb.
AzVision.az xəbər verir ki, mərhumla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri, tanınmış elm və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Cavad Heyət avqustun 12-də dünyasını dəyişib.

O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

C. Heyət pnevmoniya diaqnozu ilə müalicə olunurdu.


Teqlər:





Xəbər lenti