Türkiyə daha Rusiyanı saymır – NYT

   Türkiyə daha Rusiyanı saymır –    NYT
  07 İyun 2026    Oxunub:243
Suriya müharibəsi zamanı Rusiya ilə Türkiyə arasında formalaşmış tərəfdaşlıq sürətlə sarsılmaqdadır. 2024-cü ilin sonunda Əsəd rejimi iflasa uğrayandan sonra Moskvanın regionda təsir imkanları xeyli zəifləyib və Ankara təkbaşına güclü oyunçuya çevrilib.
“The New York Times” yazır ki, hazırda Türkiyə Ukraynaya Suriyanın yeni rəhbərliyi ilə münasibətlər yaratmaqda, həmçinin Yaxın Şərq ölkələri ilə hərbi əməkdaşlığını genişləndirməkdə kömək edir. Aprel ayında Zelenski Suriyaya səfərə gedərək, təhlükəsizlik və enerji məsələlərini müzakirə etmişdi. Bu səfərin baş tutmasında Ankaranın da xidməti var idi.

NYT-nin ekspertlərinin fikrincə, Türkiyə daha Rusiya ilə NATO arasında balans yaratmağa çalışmır və tərəzini açıq-aşkar Qərb tərəfə əyir. Rusiyanın zəifləməsi Ankaranın regional maraqlarını yürütmək baxımından əl-qolunu açıb. Xüsusilə də əvvəllər Rusiyanın nəzarətində olan bölgələrdə Türkiyə daha inamlı və iddialı şəkildə davranır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  



Xəbər lenti