`iPhone 6`-nın qiyməti açıqlandı

`iPhone 6`-nın qiyməti açıqlandı
  08 Sentyabr 2014    Oxunub:8972
Apple şirkətinin məşhur smartfonu iPhone 6-nın təxmini qiyməti bəlli olub. Modifikasiyasından və yaddaş tutumundan asılı olaraq, yeni smartfonun qiyməti 860 dollardan 1250 dollara qədər dəyişəcək.
16 gb yaddaşı olan smartfon 860 dollara, 32 gb yaddaşı olan 990 dollara, 64 gb yaddaşı olan isə 1120 dollara olacaq. Bundan başqa, ekranın 4,7, yoxsa 5,5 düym olması da qiymətə təsir göstərəcək.

Qeyd edək ki, Apple şirkəti sabah iPhone 6-nı mediaya təqdim edəcək. Aparatın satışı isə sentyabrın 20-dən başlayacaq.

Yeni iPhone-u hamıdan qabaq almaq istəyənlər artıq ABŞ-da Apple mağazalarının qarşısında çadırlar qurublar.

Maral
AzVision.az



Teqlər:  





Xəbər lenti