Təyyarə biletləri bahalaşdı

Təyyarə biletləri bahalaşdı
  09 Sentyabr 2014    Oxunub:2438
Son bir ay ərzində hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri üzrə 4,2 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2014-cü ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz, sərnişindaşıma tarifləri isə 0,9 faiz ucuzlaşıb.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8 faiz ucuzlaşma müşahidə olunub.

Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9 faiz ucuzlaşıb, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.



Teqlər:





Xəbər lenti