Nazirliyin elektron xidmətlərinin sayı artıb

Nazirliyin elektron xidmətlərinin sayı artıb
  12 Sentyabr 2014    Oxunub:1455
Ədliyyə Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya olunan e-xidmətlərin sayı 20-yə çatıb.
AzVision.az xəbər verir ki, nazirliyin göstərdiyi "Ölüm haqqında aktın alınması üçün elektron müraciət", "Atalığı müəyyən etmək üçün elektron müraciət", "Nikahın pozulması üçün elektron müraciət", "Doğumun qeydiyyatı üçün elektron müraciət", "Soyadın, adın, ata adının dəyişdirilməsi üçün elektron müraciət", "Nikahın qeydiyyatı üçün elektron müraciət", "Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu" və "Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi" xidmətləri də artıq portal üzərindən istifadəyə verilib.

Beləliklə, vətəndaşlar bir çox xidmətlərlə yanaşı, adıçəkilən xidmətlərdən də elektron qaydada yararlanmaq imkanı əldə ediblər


Teqlər:





Xəbər lenti