İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Sabunçu, Binəqədi, Qaradağ, Abşeron rayonlarında, eləcə də Sumqayıt, Naftalan, Neftçala, Qobustan, Şəki, Masallı, Lənkəran, Tərtər, Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.