Təyyarədə stüardessanı bıçaqladı

Təyyarədə stüardessanı bıçaqladı
  15 Sentyabr 2014    Oxunub:1398
Moskva - Qəbələ reysi ilə üçan sərnişin təyyarəsi təcili eniş etməli olub.

ANS PRESS-in İTAR-TASS-a istinadən məlumatına görə, təyyarə sərnişinlə stüardessa arasında çıxan insident səbəbindən Həştərxana yerə enmək məcburiyyətində qalıb.

Hadisə ötən gecə baş verib. Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, 1963-cü il təvəllüdlü sərnişin stüardessanı bıçaqlayıb. Təyyarə yerə endikdən sonra həmin şəxs saxlanılıb.

Sərxoş sərnişinə 10 günlük həbs cəzas verilib. Həmin şərnişinin kimliyi isə açıqlanmayıb.


Teqlər:





Xəbər lenti