Əli Həsənovdan Kəlbəcər girovları ilə bağlı Açıqlama

Əli Həsənov qeyd edib ki, girovlarla bağlı müraciətdən bir həftə keçsə də, hələ ki, beynəlxalq təşkilatlardan reaksiya yoxdur: Bu, bir daha onu göstərir ki, beynəlxalq təşkilatların öz fəaliyyətlərində müxtəlif yanaşmaları var, onların ayrı-ayrı xalqlar, dövlətlər və millətlər haqqında ssenariləri var. Əgər bu təşkilatlar insan hüquqlarının qorunması ilə məşğuldurlarsa, o zaman dünyadakı bütün insanlara eyni gözlə baxmalı, problemlərin həllinə çalışmalıdırlar. Məlumat var ki, ermənilər girovluqda olan soydaşlarımızla bağlı oktyabrın 27-də qondarma məhkəmə prosesini başlatmaq istəyirlər. Bu da ermənilərin növbəti fitnəkarlığı, hiyləsi və qeyri-insani yanaşmasıdır”.(Apa)