Maliyyə Nazirliyi kommersiya təşkilatlarına müraciət edib

Maliyyə Nazirliyi kommersiya təşkilatlarına müraciət edib
  14 May 2013    Oxunub:1375
Maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Maliyyə nazirliyinin mətbuat xidmətidən AzVision.az-a verilən məlumata görə, Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir.
Eyni zamanda “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə uyğun olaraq öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Bu Məcəllənin 100.3-cü maddəsinə uyğun olaraq qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri (o cümlədən illik hesabatını və mühasibat balansını) hamının tanış olması üçün dərc etməyə borcludur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-3-cü maddəsinə əsasən isə Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət müəyyən edilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 2012-ci il üzrə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim edən kommersiya təşkilatları barədə (o cümlədən qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyinin olub-olmamasına dair) məlumatın onların tabe olduqları yuxarı təşkilat və ya onun təsisçisi (təsisçiləri) tərəfindən Maliyyə Nazirliyinə verilməsini xahiş edirik.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr 214, 253.

AzVision.az




Teqlər:





Xəbər lenti