Füzuli Ələkbərov Qaxa gedir
Qəbul zamanı bölgədə yerləşən rayonların (Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı) sakinlərinin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.
Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.
AzVison.az