Millət vəkilindən yeni nazirə çağırış

Millət vəkilindən yeni nazirə çağırış
  15 May 2013    Oxunub:1358
“Müəllimlərin şagirdlə istədiyi kimi davranmaq hüququ yoxdur”.
“Həyata yeni başlayan bir gəncin həyatının yarımçıq qalması ürəyimizi ağrıtdı. Onun 17 il əziyyətini çəkmiş, ona böyük ümüdlər bəsləyən valideynlərinin faciəsi böyükdür və onlara başsağlığı vermək istərdim”.

AzVision.az-ın məlumatına görə, bu sözləri YAP Siyasi Şurasının üzvü, milət vəkili Aydın Mirzəzadə facebook səhifəsində Sumqayıtda XI sinif şadirdinin dərsdə ölməsi hadisəsinə münasibət bildirib:

“Şagirdlərin iddiasına görə dərsə bir neçə dəqiqə gecikən gənci məktəb ətrafında qaçmağa məcbur ediblər. Və deyilənə görə bu həmin məktəbdə adi bir haldır. Əlbətdə həqiqəti aparılan istintaq müəyyənləşdirəcək və təqsirkarlar cəzalandılacaqlar.

Ancaq sual olunur ki, nəyə görə bəzən məktəblərdə bəzi müəllimlər öz səlahiyyətlərdən kənar çıxmağı adi hal sayırlar. Ara-sıra orta məktəblərdə müəllimin dərs zamanı şagirdlərə cəza növləri tətbiq etdiyi, özünü dərsin və şagirdin hakimi mütləqi kimi aparması barədə xəbərlər də eşidirik. Gənc oğlan və qızların həmyaşıdları qarşısında cəzalandırılmasının hansı psixoloji travmaya gətirdiyini isə izah etməyə ehtiyac yoxdur. Gənc oğlan dünyasını dəyişməsəydi yəqin ki, dərsə gecikənlərin məktəb binası ətrafında qaçırdılması faktına heç kim əhəmiyyət verməyəcəkdi, hətta ola bilsin bunu sağlamlıq üçün faydalı sayanlar da tapılacaqdı.

Düzdür, cəmiyyət məktəbə hələ layiq olduğu yüksək qiyməti verə bilməyibdir, onların maaşı azdır, mənzillə təminatları öz öhdəliklərindədir. Ancaq bu heç də bəzi müəllimlərin şagirdlə istədiyi kimi davranmaq hüququ vermir. Hüquqi dövlət anlayışı hamıya olduğu kimi şagirdlərə də aiddir. Onları əşya kimi baxmaq, onlar üçün cəza növləri fikirləşib tətbiq etmək, onların şəxsiyyətini alçatmaq olmaz. Hər bir şagirdin fərdi psixoloji, ən əsası sağlamlıq xüsusiyyətləri də nəzərdən qaçmamalıdır.

Müəllimin vəzifəsi tədris etmək, qanunla müəyyən edilmiş qaydalar çərçivəsində hərəkət etməkdir. Müəllim MÜƏLLİMdir, hakimi mütləq deyil.

Qaldırlan məsələni vacib sayıram, fikrimcə bu məsələ daima diqqətdə saxlanılmalı, məktəbin və müəllimin yüksək adına xələl gəlməməlidir. Çox istərdim ki, yeni təyin edilmiş təhsil nazirimiz də bu məsləni diqqətdə saxlasın”.


Teqlər:  





Xəbər lenti