“Neftin tranziti dayandırılmayacaq”

“Neftin tranziti dayandırılmayacaq”
  15 May 2013    Oxunub:1300
Rusiya tərəfi təsərrüfat subyektləri arasında yeni müqavilə şərtləri irəli sürüb.
“Dmitriy Medvedyevin imzaladığı sərəncam bu il üçün nəzərdə tutulmayıb, ona görə də 2013-cü ildə neftin nəqli əvvəlcədən razılaşdırılmış tariflərlə həyata keçiriləcək”.

AzVision.az-a açıqlamasında neft və qaz məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban belə deyib.

Onun sözlərinə görə 2014-cu ilin yanvar ayının 1-dən Rusiya tərəfi təsərrüfat subyektləri arasında yeni müqavilə şərtləri irəli sürüb. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə tranziti davam edəcək. Tərəflərdən birini müqavilə şərtləri qane etməsə neftin nəqli dayandırılacaq.

Xatırladaq ki, 2007-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanla Rusiya arasında qaz alqı-satqısı dayandırılıb.

Məlumat üçün deyək ki, Rusiyanın baş naziri Dmitriy Medvedyev Azərbaycan neftinin Bakı-Novorosiysk neft kəməri vasitəsilə tranziti ilə bağlı iki ölkə arasında imzalanmış sazişin qüvvədən düşməsinə dair sənəd imzalayıb.

Sözügedən razılaşma 1996-cı il yanvarın 18-də imzalanıb. Sənəd, 1ton neft üçün 15.67 dollar olmaqla illik 5 milyon ton Azərbaycan neftinin nəqlini nəzərdə tutur.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti