Baş Prokurorluqdan dəhşətli qətllə bağlı açıqlama

Baş Prokurorluqdan dəhşətli  qətllə bağlı açıqlama
  15 May 2013    Oxunub:1340
Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılmış, onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, belə ki, vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində S.Məmmədov tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək B.Mirzəyevanın basdırıldığı yeri göstərmiş, baxış zamanı meyit həmin ərazidə aşkar edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Teqlər:  





Xəbər lenti