Bağırsağında narkotika keçirmək istədi

Bağırsağında narkotika keçirmək istədi
  15 May 2013    Oxunub:1273
Azərbaycan vətəndaşı Nizami Əliyev gömrük məntəqsində saxlanılıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Nizami Əliyevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 87,488 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 8,570 qram olan narkotik vasitə - heroin aşkar edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti