İçərişəhər Qoruğu İdarəsinin yeni direktoru kim olacaq?

İçərişəhər Qoruğu İdarəsinin yeni direktoru kim olacaq?
  16 May 2013    Oxunub:1587
Qurumun direktor vəzifəsini Samir Nuriyev icra edir.
“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru vəzifəsinə hələki heç bir təyinat olmayıb. Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, kimin rəhbər olacağı barədə bir xəbər yoxdur. Bildirilib ki,hazırda idarənin direktoru vəzifəsini sabiq rəhbər Mikayıl Cabbarovun müavini Samir Nuriyev icra edir: “O, direktor əvəzidir. Direktor təyinatı prezidentin sərəncamındadır . Nə vaxt kimin təyin olunacağı barəsində məlumat yoxdur .Bir xəbər olanda,ictimaiyyət biləcək “

Xatırladaq ki, 2009-cu il martın 6-dan “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov olub. O, bu il aprelin 19-da təhsil naziri postuna gətirilib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti