Amnistiya Aktına əsasən daha 5 məhkum buraxılıb

Amnistiya Aktına əsasən daha 5 məhkum buraxılıb
  16 May 2013    Oxunub:1331
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının icrasına başlanıb.

Bu gün Amnistiya barədə qərar 14 saylı Cəzaçəkmə müəssisəsində icra edilib. Qərar burada saxlanılan 5 məhkuma şamil edilib və onlar azadlığa buraxılıblar.

Penitensiar müəssisələrdə qərarın icrası davam edir.

Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.(apa)


Teqlər:





Xəbər lenti