İlham Əliyev həmkarını təbrik etdi
Norveçin Kralı Əlahəzrət V Haralda
Əlahəzrət,
Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Norveç dostluğunun daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Teqlər: