Alman TV-lərində Heydər Əliyevdən bəhs olunacaq

Alman TV-lərində Heydər Əliyevdən bəhs olunacaq
  17 May 2013    Oxunub:1203
Mayın 18 və 19-da Almaniya telekanalında ulu öndər Heydər Əliyev haqqında film nümayiş olunacaq
Almaniyada yayımlanan Kanal Avropada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycan mənim həyatımdır” sənədli filmi nümayiş etdiriləcək.

Diasporla iş Üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, film mayın 18-də yerli vaxtla saat 18.00-da yayımlanacaq, mayın 19-da saat 20.00-da isə filmin təkrarı efirə veriləcək.

Bütün ömrünü Azərbaycanın qruruculuğuna həsr etmiş görkəmli siyası xadim Heydər Əliyevin həyatından bəhs edən sənədli film Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişinə əsasən ulu öndərin 90 illik yubileyi ilə əlaqədar hazırlanıb.

Otuz dəqiqəlik filmdə ulu öndər Heydər Əliyevin uzun illər rəhbərlik etdiyi Azərbaycanın inkişafı üçün göstərdiyi əvəzsiz xidmətlərdən, bütün sahələrdə olduğu kimi lobbiçilik, Azərbaycan diasporunun formalaşması və təkmilləşməsi istiqamətində apardığı uğurlu siyasətin nəticələrindən söhbət açılır.

“Azərbaycan mənim həyatımdır” sənədli filmi rus və ingilis dillərinə tərcümə edilərək xaricdəki Azərbaycan diaspor təşkilatlarına verilib. Azərbaycan diaspor təşkilatları tərəfindən ulu öndərin yubileyi ilə bağlı keçirilən tədbirlərdə film nümayış etdirilib, bəzi ölkələrdə isə yerli kanallarda efirə verilməsi üçün televiziyalara təqdim edilib.

Qeyd edək ki, filmin mayın 18-19-da nümayiş etdiriləcəyi Kanal Avropa televiziyası peyk vasitəsilə türk və alman dillərində yayımlanır. Almaniyanın Disburq şəhərində yerləşən və əsasən Avropada, Almaniyada yaşayan türklərin həyatını, problemlərini işıqlandıran Kanal Avropa Azərbaycana həsr olunmuş verilişlərə də geniş yer ayırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti