Gəncədə beynəlxalq seminar keçirilir

Gəncədə beynəlxalq seminar keçirilir
  17 May 2013    Oxunub:1391
Azərbaycan Dövlət Aqrar Universitetində Avropa Birliyinin TEMPUS proqramının dəstəyi ilə həyata keçirilən “İnnovasiyaların aqrar sektorda tətbiqi” mövzusunda Beynəlxalq seminar öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, bu gün “İnnovasiyaların aqrobiznes sektorunda tətbiqi” mövzusunda beynəlxalq seminar Azərbaycan Dövlət Aqrar Universitetində öz işinə başlayıb. İki günlük seminarda Azərbaycanın kənd təsərrüfatı sahəsindəki yeni texnologiyalar öyrəniləcək. Seminar iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarını ziyarət etmiş, burada ucaldılmış abidə kompleksi önünə gül dəstələri qoyublar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edildikdən sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən əmək yarmarkasında iştirak ediblər.

Sonra layihə tərəfdaşlarının iştirakı ilə beynəlxalq seminar öz işinə başlayıb. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi tədbirlər planına daxil edilən seminarı giriş sözü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi İbrahim Cəfərov açaraq layihənin əhəmiyyətindən danışıb və beynəlxalq seminarda müzakirə olunacaq məsələlər barəsində ətraflı məlumat verib. Layihənin baş koordinatoru, professor Klaus Hansgen, layihənin maliyyə koordinatoru Marina İvanova, Özbəkistan Respublikasının Fərqanə Universitetinin professoru Əlişir Yunusov müzakirə olunan mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Beynəlxalq seminara Almaniya, Portuqaliya, Özbəkistan və İspaniyanın müxtəlif universitetlərindən professorlar qatılıb. İnnovasiyalar mərkəzinin açılışı ərəfəsində keçirilən seminarın məqsədi innovasiyaların sahibkarlığa ötürülməsidir.

Daha sonra Gəncə şəhər İcra Başçısının müavini Naqif Həmzəyev çıxış edib.

“Bu layihə iki ildir ki,fəaliyyətə başlayıb. Əsas hədəf innovasiyaların mütəmadi olaraq öyrənilməsi və sahibkarlığa ötürülməsində universitetlərin rolunun artırılmasıdır”.

Layihənin müddəti başa çatdıqdan sonra da bu sahədə fəaliyyət davam edəcək. Aqrar Universitet və partnyor olan ölkələrin universitetləri də də bu ideyanı dəstəkləyirlər. Əcnəbi partnyorlar hesab edir ki, bu layihə bütün iştirakçılar üşün faydalı olacaq.

Sonra Professor lahiyənin baş koordinatoru Klaus Haenssegen çıxış edərək tədbir barədə məlumat verib.

“İlk olaraq hər kəsə öz təşəkkürümü bildirirəm. Burada layihə çərçivəsində müzakirə olunan məsələlər çox vacibdir. Çünki biz təhsillə bir arada, necə elmlə məşğul olmağı da müzakirə edirik. Bütün dünyada bu belədir tələbələr həm təhsil alır, həm də elmlə məşğul olur. Bu tədbirlər həm sizə,həm də bizə öz xeyirli tövhəsini verəcək”

Sabah beynəlxalq seminar öz işini Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiyalar mərkəzində davam etdirəcəkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti