Nazir xaricdə təhsilə yatırılan investisiyalar barədə danışdı
Nazir qeyd edib ki, Azərbaycan cəmiyyətində gənclər üstünlük təşkil edir. Çünki Azərbaycan əhalisinin əksəriyyətinin yaşı 30-dan aşağıdır: "Bu faktorlar da gənclərin dövlət quruculuğunda, Azərbaycanın demokratik və iqtisadi inkişafında rolunu müəyyən edir. Cəmiyyətin ən dinamik hissəsi olan gənclər daim modernləşdirmə və uğurun önündə olmalıdırlar. Biz bu məqsədlərə nail olmaq üçün öz hədəflərimizi müəyyən emtəliyik. Hər birimiz dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumatlandırmalıyıq".
Cabbarov bildirib ki, bu, Azərbaycanın dünyadakı, xüsusən, regiondakı mövqeyini daha da gücləndirəcək, iqtisadiyyatın rəqabətə davamlılığını artıracaq və vətəndaşların sosial rifahının yüksəlməsinə gətirib çıxaracaq.
Nazirin sözlərinə görə, bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti təhsilə, o cümlədən azərbaycanlı tələbələrin xüsusi proqramlar çərçivəsində xaricdə təhsil almasına investisiyalar yatırır: "Bizim heç bir şübhəmiz yoxdur ki, bütün bu investisiyalar mühüm səmərə verəcək və bizim təbii kapitalın insan kapitalına çevrilməsinə şərait yaradacaq".