Uşaqlarımız nədən narazıdır? Qaynar xətt

Uşaqlarımız nədən narazıdır? –  Qaynar xətt
  18 May 2013    Oxunub:1348
Azərbaycan uşaq qaynar xətt xidmətinə bu ilin son 5 ayı ərzində 900- dən artıq müraciət daxil olub.
Bu barədə AzVision.az saytına açqılamasında Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin direktoru Gülnar Ağayeva bildirib. Onun sözlərinə görə müraciətlərin daha çox hissəsini psixolioji və hüquqi məsələlərlə bağlı problemlər əhatə edir.

“Ailə daxili konfiliktlər, valideyn-övlad münasibətləri, ünsiyyət çatışmazlığı, yaşıdlar arasında olan münasibətlərdə gərginlik, qorxu, fobiyalarla, imtahanlarla, eyni zamanda hüquqi problemlərlə, doğum haqqında şahadətnamənin alınması və alimentlərlə bağlı müraciətlər daha çox olur. Həmçinin bir sıra hüquqi məsləhətlərin verilməsi ilə bağlı hüquqşünaslarımızdan da məsləhətlər alınır”.

Gülnar Ağayev zəng edənlər arasında daha çox yeniyetməlik yaş dövrünü əhatə edən uşaqların üstünlük təşkil etdiyini deyir.
“13-18 yaş dövrünü əhatə edən uşaqların sayı çox olur. Eyni zamanda onların problemləri ilə bağlı valideyinləri də müraciət edir .

“ Zorakılıqla bağlı müraciətlər də az deyil. Zorakılığa məruz qalmış uşaqlar üçün sosial reabilitasiya mərkəzimiz və qaynar xətt tam ödənişsiz şəkildə fəaliyyət göstərir. Biz onların problemlərini dinləyir və ilkin yaraım göstəririrk. Əgər uşaq zorakılığa məruz qalıbsa o zaman uşaqların psixoloji durumunda daha gərgin vəziyyət ilə qarşılaşırıq. Elə olub ki, travma hallarına da rast gəlirik. Və bu zaman biz həmin uşaqları sosial reabilitasiya mərkəzinə yönəldirik . Əsas məqsədimiz uşağı təhlükəsiz vəziyyətə qaytarmaqdır”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti