Uşaqlarımız nədən narazıdır? – Qaynar xətt
“Ailə daxili konfiliktlər, valideyn-övlad münasibətləri, ünsiyyət çatışmazlığı, yaşıdlar arasında olan münasibətlərdə gərginlik, qorxu, fobiyalarla, imtahanlarla, eyni zamanda hüquqi problemlərlə, doğum haqqında şahadətnamənin alınması və alimentlərlə bağlı müraciətlər daha çox olur. Həmçinin bir sıra hüquqi məsləhətlərin verilməsi ilə bağlı hüquqşünaslarımızdan da məsləhətlər alınır”.
Gülnar Ağayev zəng edənlər arasında daha çox yeniyetməlik yaş dövrünü əhatə edən uşaqların üstünlük təşkil etdiyini deyir.
“13-18 yaş dövrünü əhatə edən uşaqların sayı çox olur. Eyni zamanda onların problemləri ilə bağlı valideyinləri də müraciət edir .
“ Zorakılıqla bağlı müraciətlər də az deyil. Zorakılığa məruz qalmış uşaqlar üçün sosial reabilitasiya mərkəzimiz və qaynar xətt tam ödənişsiz şəkildə fəaliyyət göstərir. Biz onların problemlərini dinləyir və ilkin yaraım göstəririrk. Əgər uşaq zorakılığa məruz qalıbsa o zaman uşaqların psixoloji durumunda daha gərgin vəziyyət ilə qarşılaşırıq. Elə olub ki, travma hallarına da rast gəlirik. Və bu zaman biz həmin uşaqları sosial reabilitasiya mərkəzinə yönəldirik . Əsas məqsədimiz uşağı təhlükəsiz vəziyyətə qaytarmaqdır”.
Şahanə RƏHİMLİ