Hicran Hüseynova problemləri dinlədi

Hicran Hüseynova problemləri dinlədi
  18 May 2013    Oxunub:1402
Mayın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Cəlilabadda vətəndaşları qəbul edib.

Şəhərin Heydər Əliyev Mərkəzində reallaşan qəbulda Cəlilabadla yanaşı, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayon sakinləri də iştirak ediblər. Qəbul zamanı Komitə sədrinə edilən müraciətlərdə qadın, ailə və uşaq problemləri ilə bağlı məsələlər üstünlük təşkil edib.

Komitənin səlahiyyətinə aid olmayan şikayətlər isə aidiyyəti qurumlara göndərilmək üçün nəzarətə götürülüb.

Qəbuldan sonra H. Hüseynova Cəlilabad rayonunun bir qrup fəal qadını ilə görüşərək, onlarla söhbətləşib.(apa)




Teqlər:





Xəbər lenti