”Anamla danışmasam, buraxıldığına inanmaram”
“Biz yalnız anamdan zəng gələndən sonra inana bilərik ki, anam doğurdan da azadlığa buraxılıb. Hələ ki, rəsmi qurumlardan bizə heç bir məlumat verilməyib. Nə zaman buraxılacağı haqqında heç bir məlumat əldə edə bilməmişik”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunmuşdu. İran tərəfi alimi casusluqda ittiham edirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin İrana rəsmi səfərindən sonra Xalidə Xalid və sürücüsü ötən gün azadlığa buraxılıb.
Şahanə RƏHİMLİ