Nazirin görüş vaxtı dəyişdirildi

Nazirin görüş vaxtı dəyişdirildi
  20 May 2013    Oxunub:1577
Qəbul vaxtı iyun ayının 1-nə salınıb
AzVision.az xəbər verir ki, İqtisadi inkişaf naziri Şahin Mustafayevin Tovuz şəhərində mayın 24-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı iyunun 1-nə keçirilib.
Tovuz Olimpiya İdman Kompleksində (Ünvan: Heydər Əliyev prospekti, 1) saat 10:00-dan başlayacaq qəbulda İqtisadi İnkişaf naziri Şahin Mustafayev Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina) vasitəsilə müraciət edə bilərlər.
AzVision.az



Teqlər:  





Xəbər lenti