Azərbaycanlı həkimlər 65 əcnəbini göz əməliyyat ediblər

Azərbaycanlı həkimlər 65 əcnəbini göz əməliyyat ediblər
  20 May 2013    Oxunub:1767
Bu humanitar aksiya Burkina Fasonun kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə İslam İnkişaf Bankı arasında strateji tərəfaşlıq çərçivəsində İƏT-ə üzv olan 9 Afrika ölkəsində həyata keçririlən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyası bu ilin 4-10 may tarixində Burkina Fasoda baş tutub.

Xarici İşlər Naziriyindən AzVision.az-a verilən məlumata görə, ilk dəfə olaraq, bu kampaniyada Azərbaycandan Zərifə Əliyevə adına Milli Oftalmologiya Mərkəzinin iki oftalmoloq-cərrahı: Emil Hüseynov və Məhərrəm Pirmətov iştirak edib. Azərbaycan həkimləri tərəfindən görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 65 insan əməliyyat edilərək öz sağlamlığına qovuşub.

Ümumilikdə bu humanitar aksiya ərzində ödənişsiz əsasda 1500-dən çox insan göz müayinəsindən keçmiş, 375 insan isə göz əməliyyatları nəticəsində görmə qabiliyəti bərpa olunub. Bununla yanaşı yerli oftalmoloqlar üçün ixtisasartırma təlimləri təşkil edilib.

Bu humanitar aksiya Burkina Fasonun kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AİDA Agentliyi və İslam İnkişaf Bankı tərəfindən oxşar birgə humanitar aksiyalar bu il ərzihdnə Afrikanın Benin, Çad, Kameruyn, Cibuti, Qvineya, Mali və Niger kimi ölkələrində də, keçirilməsi nəzərdə tutulur.

Anar


Teqlər:





Xəbər lenti