Milli Məclis təkzib etdi
“Son günlər ölkənin bir sıra mətbuat orqanlarında belə bir məlumat yayılıb ki, guya Milli Məclisdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlanır. Yayılan məlumatlara görə, həmin qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Milli Məclisin Mətbuat xidməti bildirir ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb. Buna görə də Milli Məclisin Mətbuat xidməti bütün Kütləvi İnformasiya Vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar”.
AzVision.az
Teqlər: