Şeyx İranda azərbaycanlı tələbələrlə görüşüb

Şeyx İranda azərbaycanlı tələbələrlə görüşüb
  21 May 2013    Oxunub:1321
Azərbaycan nümayəndə heyəti mayın 20-də Qum şəhərindəki müqəddəs yerləri ziyarət edib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti mayın 20-də Qum şəhərindəki müqəddəs yerləri ziyarət edib, şəhərdəki müxtəlif dini təhsil ocaqlarında oxuyan tələbələrimizin problemlərini dinləyib, Beynəlxalq Mustafa Universitetinin rəhbərliyi və bir sıra ruhanilərlə görüşüb.

Azərbaycan Respublikasında həyata keçirilən quruculuq işləri, ölkəmizin hərtərəfli inkişafı, dini etiqad azadlığının təmin edilməsində dövlətimizin rolu və gördüyü tədbirlər, yeni məscidlərin tikintisi, təmir olunması və digər məsələlərdən bəhs edən Şeyxülislam Allahşükür Paşazadə təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin işğal altında olduğunu diqqətə çatdıraraq qeyd edib ki, islam ölkələri, o cümlədən, dindarlar və nüfuzlu ruhanilər bu məsələ ilə bağlı daha aydın mövqe nümayiş etdirməli, hərbi qəsd faktının aradan qaldırılması üçün ciddi səylər göstərməli, real addımlar atmalıdırlar.


Teqlər:  





Xəbər lenti