“Anam Azərbaycana nümayəndə heyəti ilə birgə qayıdacaq”
Bu sözləri AZVison.az-a açıqlamasında İranda həbs olunan azərbaycanlı yazar Xalidə Xalidin qızı Ləman Məmmədli deyib. O bildirib ki, Xalidə Xalidin nə zaman vətənə qayıtması barədə dəqiq məlumatı yoxdur.
“ Biz yalnız Təbrizdəki konsulluğumuz ilə əlaqə saxlaya bilirik. Bizə oradan bildirdilər ki, hazırda sənədləşmə işləri aparılır. Biz güman edirik ki, anam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycana qayıdacaq”.
Şahanə RƏHİMLİ