Qatarla səfərə çıxmaq istəyənlərin nəzərinə

Qatarla səfərə çıxmaq istəyənlərin nəzərinə
  21 May 2013    Oxunub:13907
“Azərbaycan Dəmir Yolları” qatarlarının hərəkət cədvəli dəyişdirilib.
Mayın 27-dən etibarən “Azərbaycan Dəmir Yolları”(ADY)nın qatarları yeni iş qrafiki üzrə hərəkət edəcək.

ADY-nin mətbuat xidmətindən verilən məlumata görə yeni iş cədvəlinə əsasən-

№55/56 saylı” Bakı-Moskva qatarı həftənin hər 3-cü günü saat 21:55-də yola düşəcək. Qatar Moskvanın “Kurskaya” stansiyasına saat 4:15-də çatacaq ,elə həmin gün saat 16:49-da oranı tərk edəcək.

Təmirə göndərilmiş qatarlar geri qaytarıldıqdan sonra, həftənin 6-cı günləri də Moskvaya gediş olacaq.

№95/96 saylı “ Bakı-Moskva” sərnişin qatarı Rusiya Dəmir Yollarının heyəti ilə birgə həftənin 1-ci və 5-ci günləri saat 21:55-də yola düşəcək.

Qatar Qatar Moskvanın “Kurskaya” stansiyasına 1-ci günlər saat 4:15-də çatacaq, ikinci və beşinci günlər saat 16:49-da isə geri qayıdacaq.

Bununla yanaşı, yeni marşrut №369/370 “Bakı-Xarkov” sərnişin qatarı da istifadəyə veriləcək və hər 4 gündən bir səfərlər həyata keçirəcək.

391/392 «Bakı-Rostov» qatarı da 4 gündən bir xidmət göstərəcək.

№373/374 “ Bakı-Tümen” qatarı isə köhnə qaydada, bir gündən səfər edəcək.

“Çelyabinsk-Bakı”, “ Samara-Bakı”, “Saratov-Bakı”, yay mövsümü boyunca isə “Novosibirsk-Bakı” marşrutu üzrə də səfərlər nəzərdə tutulub.

№ 38/37 “Bakı-Tbilisi” qatarı öz hərəkət cədvəli üzrə, hər gün işləyəcək.

№ 96/97 “Bakı-Ağstafa” qatarı yeni nömrə altında( 98/97) və yeni sxem üzrə işləyəcək.

Ölkə daxilində hərəkət edən digər qatarlar isə öz əvvəlki iş cədvəli üzrə xidmət göstərəcəklər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti