Burda anlaşılmazlıq var - AÇIQLAMA
Araqçi iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.
Onun sözlərinə görə, keçmişdə Bakı və Tehran arasında anlaşılmazlıq olub. Belə ki, bəzi şəxslər İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsini istəmirlər:
"Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələrimiz Azərbaycanın iki vətəndaşını saxlayaraq dindiriblər. Biz vətəndaşlara ittihamın irəli sürülməsi məsələsi üzrə Azərbaycan hökumətinə məlumat verdik və dindirmədən sonra xoşməramlıq rəmzi olaraq onlar azadlığa buraxıldı".
O deyib: "İran nümayəndə heyətinin tərkibində Azərbaycanda həbs edilmiş İran vətəndaşı Mir Kazemiyə gəlincə, burada anlaşılmazlıq var".
Araqçı anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağına ümid etdiyini bildirib: "Hazırda biz diplomatik kanallar üzrə bu məsələ üzərində işləyirik".(trend)