Sabir şeirlərinin qiraət müsabiqəsi bitdi
Tədbiri giriş sözü açan Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsinin üzvlərinin rayon təhsil müəssisələrində keçirdiyi görüşlərdən danışaraq, müsabiqəyə böyük maraq olduğuu və III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfərin iştirak etdiyini dilə gətirib. Onun sözlərinə görə, AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adına təqaüd verilir.
SAMF-ın sədri ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq üçüncü dəfə keçirilən müsabiqəyə edilən bəzi əlavələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Bu müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir. Tədbirdə Şamaxı RİH başçısının birinci müavini Qasım Qasımov, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, Məlhəm kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Rəfiqə Ağayeva, o cümlədən münsiflər heyətinin üzvləri - M.Ə.Sabirin ev muzeyinin direktoru Rəqsanə Xəlilzadə, əməkdar artistlər Azad Şükürov və Ağalar Bayramov çıxış edərək belə müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışaraq müsabiqənin təşilatçılarına minnətdarlıqlarını bidiriblər.
Sonda AVCİYA-nın prezidenti Elxan Süleymanov çıxış edərək Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd edib. Millət vəkilinin sözlərinə görə, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir. Qaliblərin yetişməsində ədəbiyyat müəllimlərinin müstəsna xidmətləri olduğunu bildirən müsabiqənin ideya müəllifi bu dəfəki müsabiqədə çoxsaylı qalibləri olan müəllimlərin də xüsusi diplomlarla təltif edildiyi bildirib.
Çıxışının sonunda Elxan Süleymanov bu günədək keçirilən müsabiqə qaliblərinin iştirakı ilə Bakıda geniş teatrlaşdırlımış təqdimatın keçiriləcəyini bildirib, on iki nəfər qalibə diplom və pul mükafatları təqdim edib.
Anar