Azad Rəhimov prezident mükafatından danışıb
O bildirib ki, adı çəkilən tədbir Avropa məkanında böyük bir tədbirdir. Və nazirlik Azərbaycanda dəfələrlə elmi işlərlə bağlı olan QHT-lərlə birgə layihələr həyata keçirdib.
“Hər il 100-lərlə gənci biz xaricə göndəririk. Burada onlar üçün müxtəlif konfranslar təşkil edirik. Bu gün ölkəmizdə 31 ölkədən 160 yaxın əcnəbi, 200 yaxın da azərbaycanlı gənc bu tədbirə qoşulub. Bu sübut edir ki, gənclərimizin potensialı var. Burada bir çox mövzular müzakirə olundu. Bu gənclər elmin müxtəlif sahələrini əhatə edir. Bizim üçün vacibdir ki, azərbaycanlı gənclər Avropa gəncləri ilə tanış olub fikir mübadiləsi aparsınlar. Forumun da əsas məqsdi budur”.
Azad Rəhimov əlavə edib ki, sabah gənclər ilə regionlara səyahət edəcək: “Sabah gənc alimlərlə birgə Şamaxı rəsədxanasına gedəcəyik. Ora yeni təmirdən çıxıb. Alimlərlə oraya baxış keçirəcəyik”.
Daha sonra Azad Rəhimov gənc alimlərin bazasının yaradılması haqqında danışaraq bildirib ki, elm institutlarından alimlərlə bağlı məlumatlar alırlar. Və bu formalaşama prosesindədir. “Mən düşünürəm ki, qısa müddət ərzində bütün elmi işlər haqqında məlumatlar ictimaiyyətə çatdırılacaq” .
Azad Rəhimov eyni zamanda gənclərə prezident mükafatının təqdim olunması ilə bağlı danışıb “ Bununla bağlı təkliflər var, bütün meyaralar öz əksini tapacaq. Biz sadəcə olaraq qərarın çıxmasını gözləyirik”.
Sevinc İltifatqızı