Cəzaçəkmə müəssisəsinin rəisi çıxarıldı

Cəzaçəkmə müəssisəsinin rəisi çıxarıldı
  21 May 2013    Oxunub:1416
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə mayoru Arif Mirzəyev tutduğu vəzifədən azad edilib.

Penitensiar Xidmətin rəisi Mədət Quliyevin digər əmri ilə həmin müəssisənin rəisi vəzifəsinə Elçin Əlicanov təyin edilib.

Qeyd edək ki, Əlicanov bundan əvvəl 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsinin rəis müavini vəzifəsində işləyirdi.


Teqlər:  





Xəbər lenti