MTRŞ sədri: “Seriallardan razı deyiləm”
“Hesab edirəm ki, bu günki görüşümüz səmərələri olacaq. Bu gün 2012-ci ildə görülən işlər haqqında danışmaq olar. 20-ə yaxın serial çəkili, elə kanal var ki, orada 30-dan çox serial var. Ötən il bu sahədə xeyli işlərin görüldüyünü demək olar. Müəyyən qədər serialların inkişafı var. Mövcud seriaların vəziyyətindən razı deyiləm həm vətəndaş həm də MTRŞ sədri kimi. Aktyorların seçimi hətta bu sahənin professionalı olmayan adamıda qıcıqlandırır. Bu sahədə birlikdə çalışmalıyıq. Dövlət sizə yardım edir. Bunu düşünməyin ki, Azərbaycan kiçik ölkədir. Bu boyda ölkə üçün bu qədər prodakşn varsa, niyə belə kinolar çəkilir. Ola bilsin ki, bu sahədə çalışan insanlar bu sahənin spefikasını nəzərə almırlar. Hərə bir prodakşn yaradıb bu işə gəlməli deyillər. 40-yaxın prodakşn var. Bu rəqəm daha genişdi. Keyfiyyət baxımından bu məsələlər bizi düşündürür. Səmimi dialoq aparaq və burada prodakşnların fikirlərini öyrənək. Biz bu vəsaiti prodakşınılara versək, onlar bunu necə xərcləyəcəklər. Bu barədə suallar həddindən artıq çoxdur”-deyə, Nuşirəvan Məhərrəmli əlavə edib.
Anar